Bizimhedef.az » siyaset » Azərbaycan lideri çexiyalı həmkarını milli bayram münasibətilə təbrik edib

Azərbaycan lideri çexiyalı həmkarını milli bayram münasibətilə təbrik edib

Azərbaycan lideri çexiyalı həmkarını milli bayram münasibətilə təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın rifahı naminə Azərbaycan-Çexiya dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya