Bizimhedef.az » dunya » Məktəb direktoru autizmli şagirdi pilləkənlərdən itələdi - SKANDAL GÖRÜNTÜLƏR

Məktəb direktoru autizmli şagirdi pilləkənlərdən itələdi - SKANDAL GÖRÜNTÜLƏR

  • 11-11-2025, 09:12
  • dunya
  • 145


Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda yerləşən "Refik Pınar" orta məktəbində inanılmaz hadisə baş verib.

13 yaşlı autizmli 8-ci sinif şagirdi məktəb direktoru müdaxiləsindən sonra pilləkənlərdən yıxılaraq xəsarət alıb.

Hadisə məktəbin təhlükəsizlik kamerasına düşüb.

Məlumata görə, hadisə 5 noyabrda baş verib. Yaralanan şagird evə gələrək ailəsinə baş verənləri danışıb. Ailə uşağı xəstəxanaya aparıb və müalicə başa çatdıqdan sonra təhlükəsizlik kamerasının görüntüləri ilə birlikdə jandarmaya müraciət edərək məktəb direktoru haqqında şikayət ərizəsi verib.

Hadisə ilə bağlı istintaq başlanıb və direktor vəzifəsindən kənarlaşdırılıb.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya