Bizimhedef.az » dunya » BƏƏ göylərə bulud "səpərək" süni yağış proqramını genişləndirir

BƏƏ göylərə bulud "səpərək" süni yağış proqramını genişləndirir

  • 11-11-2025, 09:30
  • dunya
  • 139
BƏƏ göylərə bulud "səpərək" süni yağış proqramını genişləndirir


Birləşmiş Ərəb Əmirlikləri içməli su ehtiyatlarını artırmaq üçün buludların “səpilməsi” adlanan iri layihəyə start verib.

Ölkə hər il milyonlarla dollar xərcləyərək atmosferə kalium xlorid püskürdür.

Bu maddə buludlarda yağış damcılarının formalaşmasını sürətləndirir və süni yağıntı yaranmasına imkan verir.

Əməliyyat bölgənin ən iddialı iqlim təşəbbüslərindən biri sayılır. Layihədə 10 pilot və 4 ədəd Beechcraft King Air C90 tipli təyyarə iştirak edir və uçuşlar fasiləsiz — günün 24 saatı davam etdirilir.

Lakin alimlər xəbərdarlıq edir: texnologiyanın effektivliyi tam sübut olunmayıb və onun atmosfer proseslərinə müdaxiləsi bəzi ekstremal hava hadisələrini ağırlaşdıra bilər. Tənqidlərə baxmayaraq, təşəbbüsə regionun digər ölkələri də qoşulur. Məsələn, Səudiyyə Ərəbistanı 2022-ci ildən bəri öz bulud səpmə proqramını həyata keçirir.(musavat)
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya