Bizimhedef.az » dunya » Paşinyan: Siyasi cəhətdən hazırıq və Azərbaycana təklif edirik

Paşinyan: Siyasi cəhətdən hazırıq və Azərbaycana təklif edirik

  • 14-11-2025, 14:22
  • dunya
  • 118
Paşinyan: Siyasi cəhətdən hazırıq və Azərbaycana təklif edirik


Ermənistan Türkiyədən yük maşınlarının Marqara və Kornidzor vasitəsilə Azərbaycana və geri tranzitini təmin etməyə hazırdır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 14-də İrəvanda keçirilən “Dünyanın kəsişməsi: inkişaf edən regional kommunikasiyalar” konfransında çıxışında deyib.

“Sovet dövründə bizim Tavuş və Zəngəzur vasitəsilə Azərbaycanla birbaşa dəmir yolu əlaqəmiz var idi. Mən Ermənistanın Türkiyədən yük maşınlarının Marqara və Kornidzordan keçərək Azərbaycana və geriyə tranzitini təmin etmək istəyinə də diqqətinizi çəkmək istərdim. Niyə biz bunu indi təklif edirik? Çünki bu infrastruktur bu gün hazırdır. Biz də siyasi cəhətdən hazırıq, ancaq bura sadəcə investisiya qoymaq lazımdır", - Paşinyan bildirib.

Zəngəzur dəhlizinə toxunan Paşinyan diqqətə çatdırıb ki, “Tramp marşrutu”nun Amerikaya 49 və yaxud 99 ilə icarəyə verilməsi məsələsi nəzərdən keçirilir: “İcarənin müddəti ABŞ-ın buraya yatıracağı sərmayənin həcmindən və layihənin gəlirindən asılı olacaq”.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya