Bizimhedef.az » dunya » Rusiya gəmisi Türkiyə sahillərində hücuma məruz qaldı

Rusiya gəmisi Türkiyə sahillərində hücuma məruz qaldı

  • 2-12-2025, 13:37
  • dunya
  • 80
Rusiya gəmisi Türkiyə sahillərində hücuma məruz qaldı


Rusiyanın “Midvolga 2” tankeri Türkiyənin Qara dəniz sahillərində hücuma məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Dənizçilik Baş İdarəsi “X” hesabında məlumat yayıb.

Günəbaxan yağı daşıyan tankerin Rusiyadan Gürcüstana üzdüyü və Türkiyə sahillərindən 148 km məsafədə hücumla üzləşdiyi bildirilib.

13 nəfərlik heyət üzvündən ibarət gəmi kömək istəməyib. İnsident zamanı xəsarət alan olmayıb.

Məlumata görə, gəmi hazırda Türkiyənin Sinop limanına doğru hərəkət edir.

Türkiyənin “NTV” portalı isə hücumun kamikadze dronu ilə həyata keçirildiyini yazıb.

Xatırladaq ki, noyabrın 29-da Türkiyənin Qara dəniz sahillərində Rusiyaya məxsus “Kairos” adlı neft tankeri və Qambiya bayrağı altında üzən “Virat” adlı gəmi sahildən bir qədər aralıda alovlanıb. Türkiyə rəsmiləri hər iki hadisənin “xarici təsir” səbəbindən baş verdiyini açıqlayıb.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya