Bizimhedef.az » dunya » Paşinyan: Koçaryan, Sarkisyan artıq rəqib deyillər, həm də çoxdan

Paşinyan: Koçaryan, Sarkisyan artıq rəqib deyillər, həm də çoxdan

  • 4-12-2025, 09:24
  • dunya
  • 74
Paşinyan: Koçaryan, Sarkisyan artıq rəqib deyillər, həm də çoxdan



Baş nazir Nikol Paşinyan Ermənistanın keçmiş hakimiyyətləri barədə danışmağı dayandırmağın vacibliyi bildirib.


Paşinyan bu fikri parlamentdə hökumət saatı zamanı “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Narek Babayanın sualına cavab verərkən deyib.


“Əslində mən hesab edirəm ki, keçmiş hakimiyyətlər barədə danışmağı dayandırmaq lazımdır, çünki danışmağa heç nə qalmayıb. Biz hələ nələri deməmişik? Bizim yayımladığımız Qarabağ məsələsinə dair paket göstərir ki, ümumiyyətlə danışmağa heç nə yoxdur”, – o qeyd edib.


Paşinyanın sözlərin görə, lakin hakimiyyət mütəmadi təxribatlara məruz qalır.


“Biz gəlirik və saatlarla danışırıq: Robert Koçaryan, Serj Sarkisyan… Əgər 2021-ci ildə seçkilər olsaydı, məhz parlament müxalifəti hakimiyyətin dəyişməsi gündəmi ilə çıxış edərdi və müəyyən mənada hələ də siyasi rəqib sayıla bilərdi. Məncə, onlar artıq rəqib deyillər, çoxdan rəqib deyillər”, – Paşinyan əlavə edib.(apa)
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya