Bizimhedef.az » dunya » Politico: Avropa liderləri Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərarı təxirə salır

Politico: Avropa liderləri Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərarı təxirə salır

  • 19-12-2025, 09:16
  • dunya
  • 50
Politico: Avropa liderləri Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərarı təxirə salır


Avropa İttifaqı liderləri Rusiyanın dondurulmuş aktivlərindən Ukrayna üçün reparasiya krediti ayrılması məsələsinin müzakirəsini təxirə salıblar.

“Politico” nəşrinin məlumatına görə, Brüsseldə keçirilən Aİ sammitində üzv ölkələrin liderləri bu məsələ üzrə ortaq mövqeyə gələ bilməyiblər.

Qeyd olunur ki, Rusiyaya məxsus dondurulmuş maliyyə vəsaitlərinin əsas hissəsinin saxlandığı Belçika hələ də bu aktivlərdən istifadəyə qarşı çıxır. Məhz bu mövqe danışıqların uzanmasına səbəb olur.

Nəşr yazır ki, fikir ayrılıqları fonunda Ukraynaya mümkün reparasiya krediti mexanizminin formalaşdırılması qeyri-müəyyən müddətə təxirə düşüb və yaxın vaxtlarda konkret qərarın verilməsi gözlənilmir.(Musavat.com)
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya