Bizimhedef.az » dunya » Venesuela ABŞ ilə razılığa gəldi - 50 milyon barel neft verəcək

Venesuela ABŞ ilə razılığa gəldi - 50 milyon barel neft verəcək

  • 7-01-2026, 09:53
  • dunya
  • 51
Venesuela ABŞ ilə razılığa gəldi - 50 milyon barel neft verəcək


Venesueladakı müvəqqəti hakimiyyət 30-50 milyon barel yüksək keyfiyyətli, sanksiyalı nefti Amerika Birləşmiş Ştatlarına təhvil verəcək.

“Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

O bildirib ki, bu neft bazar qiymətinə satılacaq.

“Bu vəsaitin Venesuela və ABŞ xalqlarının mənafeyi naminə istifadə olunmasını Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi şəxsən mən təmin edəcəyəm. Mən energetika katibi Kris Raytdan bu planın dərhal həyata keçirilməsini xahiş etdim. O, saxlama gəmiləri ilə daşınacaq və birbaşa ABŞ-dəki boşaltma limanlarına çatdırılacaq”, – deyə Tramp vurğulayıb.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya