Bizimhedef.az » siyaset » Vilayət Eyvazov Cəlilabadda qəbul keçirdi - Video

Vilayət Eyvazov Cəlilabadda qəbul keçirdi - Video

Vilayət Eyvazov Cəlilabadda qəbul keçirdi - Video


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 31-də və aprelin 1-də Cəlilabad rayonunda növbəti vətəndaş qəbulu keçirib.

“Nazir əvvəlcə Cəlilabad rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Polis Şöbəsinin inzibati binasında Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan və Neftçala rayonlardan, eləcə də digər bölgələrdən qəbula gələn 356 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 258 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.




Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya