Bizimhedef.az » Göydəniz Qəhrəmanov: “Azərbaycan–Latviya münasibətləri geniş regional əməkdaşlıq modelinin formalaşdığını göstərir”

Göydəniz Qəhrəmanov: “Azərbaycan–Latviya münasibətləri geniş regional əməkdaşlıq modelinin formalaşdığını göstərir”

  • Сегодня, 09:19
  • ---
  • 38
Göydəniz Qəhrəmanov: “Azərbaycan–Latviya münasibətləri geniş regional əməkdaşlıq modelinin formalaşdığını göstərir”

“Son dövrdə Cənubi Qafqazda formalaşan siyasi reallıqlar regionda uzunmüddətli sülhün mümkünlüyünü daha real müzakirə mövzusuna çevirib. Xüsusilə ötən il Vaşinqtonda əldə olunan siyasi razılaşmalar və daha sonra sülh mətninin paraflanması prosesləri faktiki olaraq yeni bir mərhələnin əsasını qoyub. Bu mərhələni şərtləndirən əsas amil isə müharibə vəziyyətindən sülhə keçidin artıq praktiki addımlarla müşayiət olunmasıdır.Bu dövrdən etibarən Azərbaycan ilə Ermənistan arasında müəyyən iqtisadi və humanitar əlaqələrin yaranması diqqət çəkir. Ticarət kanallarının açılması, o cümlədən enerji məhsullarının ötürülməsi, həmçinin vətəndaş cəmiyyəti səviyyəsində təmasların bərpası münaqişədən sonrakı normallaşmanın ilkin göstəriciləri kimi qiymətləndirilə bilər. Bu addımlar göstərir ki, sülh yalnız siyasi sənədlərlə deyil, həm də real əməkdaşlıq mexanizmləri ilə möhkəmlənir. Təsadüfi deyil ki, bu mövzu aprelin 22-də Bakıda rəsmi dövlət səfərində olan Latviya prezidenti Edqars Rinkeviçs ilə cənab Prezident İlham Əliyev arasında aparılan müzakirələrin əsas istiqamətlərindən biri olub”

Bunu mətbuata açıqlamasında Millət Vəkili Göydəniz Qəhrəmanov deyib.
       
Deputat qeyd edib ki, bu prosesin ən mühüm tərəflərindən biri də siyasi iradə faktorudur: “Tarixi təcrübə göstərir ki, münaqişələrin davam etməsi və ya həll olunması məhz siyasi qərarların xarakterindən asılıdır. Müharibənin davam etdirilməsi ilə sülhə keçid arasında seçim, əslində, dövlətlərin gələcək inkişaf trayektoriyasını müəyyən edir. Bu baxımdan hazırkı mərhələ regional sabitlik üçün həlledici dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan və Latviya arasında münasibətlər aparılan müzakirələrdə şəxsi diplomatiyanın və qarşılıqlı etimadın rolu da xüsusi vurğulanıb. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, uzun illərə dayanan siyasi dialoq və şəxsi münasibətlər dövlətlərarası əlaqələrdə sabitlik yaradan əlavə amil kimi çıxış edir. Bu, beynəlxalq münasibətlərdə etimad kapitalının nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Bakıda keçirilən yüksək səviyyəli görüşlər, biznes-forum və sənəd mübadilələri isə ikitərəfli münasibətlərin institusional bazasını daha da gücləndirir. Bu cür tədbirlər yalnız siyasi mesaj xarakteri daşımır, həm də real iqtisadi layihələrin formalaşmasına xidmət edir. Xüsusilə biznes-forumlar investisiya mühitinin canlanması üçün praktik platforma rolunu oynayır. Eyni zamanda, hökumətlərarası komissiyanın Şuşada keçirilən iclası regionlararası əməkdaşlığın yeni simvolik və praktik mərhələsini ifadə edir. Qarabağda keçirilən belə görüşlər bərpa və reinteqrasiya proseslərinin beynəlxalq əməkdaşlıqla paralel şəkildə getdiyini nümayiş etdirir. Nəticə etibarilə, həm Cənubi Qafqazdakı sülh dinamikası, həm də Azərbaycan–Latviya münasibətlərində müşahidə olunan inkişaf paralel şəkildə daha geniş regional əməkdaşlıq modelinin formalaşdığını göstərir. Bu model isə siyasi iradə, iqtisadi maraqlar və qarşılıqlı etimad üzərində qurulmuş yeni reallığın konturlarını müəyyən edir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini başa çatdırıb.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya