Bizimhedef.az » sosial » Mayda iki dəfə iş saatı qısaldılacaq

Mayda iki dəfə iş saatı qısaldılacaq

  • 30-04-2026, 16:00
  • sosial
  • 163


2026-cı ilin istehsalat təqviminə və Əmək Məcəlləsinin tələblərinə əsasən, may ayında iki fərqli tarixdə iş saatları qısaldılacaq.

İlk qısaldılma 8 may tarixində tətbiq ediləcək. 9 May - Faşizm üzərində Qələbə Günü istirahət gününə təsadüf etsə də, Əmək Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, bayramdan əvvəlki iş günü olan 8 mayda iş vaxtı bir saat azaldılır.

Ayın sonuna doğru analoji hal yenidən təkrarlanacaq. Belə ki, 27 may tarixindən başlayan Qurban bayramı tətili ərəfəsində 26 may tarixində də iş günü qısaldılmış hesab olunacaq. Həmin gün ölkə üzrə bütün çalışanlar iş yerlərini bir saat daha tez tərk edə biləcəklər. Mayın 27-dən etibarən isə ardıcıl 5 günlük qeyri-iş günü başlayacaq./Demokrat.az/
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya