Bizimhedef.az » Dövlətimizin idmançılarımıza qayğısı onlarda böyük ruh yüksəkliyi oyadır

Dövlətimizin idmançılarımıza qayğısı onlarda böyük ruh yüksəkliyi oyadır

  • Сегодня, 11:50
  • ---
  • 13
Dövlətimizin idmançılarımıza qayğısı onlarda böyük ruh yüksəkliyi oyadır


Bu gün Azərbaycan dünyanın istər siyasi, istərsə də iqtisadi sistemində özünəməxsus yeri ilə seçilir, ölkəmizlə hesablaşır, hörmət və ehtiramla yanaşırlar. Azərbaycan bu naliyyəti güclü liderin–Prezident İlham Əliyevin qətiyyəti sayəsində əldə edib. Başqa fəaliyyət sahələrində olduğu kimi, Azərbaycan idmanda da böyük uğurlar qazanıb, sürəti inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir, bu sahə dövlət siyasətinin pioritetləri sırasında mühüm yerlərdən birini tutur. Bu prosses 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən başlanıb desək, yanılmarıq. O vaxt idmanımızın strateji inkişafını təmin edən yeni konsepsiya müəyyənləşdirildi. Azərbaycanı dünya miqyasında idman ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyev bütün ölkə üzrə müasir idman infrastrukturunun yaradılması istiqamətində nəhəng quruculuq layihələrinin dəqiq planını müəyyənləşdirdi. Hazırda demək olar elə bölgəmiz yoxdur ki, orada müasir idman qurğuları olmasın. Söhbət 50-dək olimpiya idman kompleksindən, 64 idman növü üzrə modern bazadan gedir. Bu gün Azərbaycanda 53 idman federasiyası, 66 idman təşkilatı, 60-dan çox idman klubu, 170 idman məktəbi fəaliyyət göstərir. Federasiyalardan 23-ü olimpiya, 36-ı qeyri olimpiya idman növünə aiddir. Bu göstərici ilə Azərbaycan Müstəqil Dövlətlər Biriliyi ölkələri arasında öndə gedir. Bütün bunlar uzun müddət aparaılan səmərəli fəaliyyətin nəticəsidir. Azərbaycanda idmanın kütləviliyinə nail olmaq üçün zəruri tədbirlər görən prezident İlham Əliyevin idmanı çox sevməsi də mütləq vurğulanmalıdır, çünki başlıca nailiyyətlərin mərkəzində duran mühüm amillərdən biri də məhz budur. Ölkəmizdə aparılan idman siyasəti nəticəsində Azərbaycan gəncləri idman arenalarında hər zaman ən böyük yerləri tutaraq çoxlu mükafatlar qazanırlar. Bütün bunlar dövlətimizin idmana qayğısının bariz təcəssümüdür. Azərbaycan idmanı və idmançıları uca zirvələr fəth etməkdədir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli ordumuz illərdir işğal altında olan topraqlarımızı düşməndən azad etdi, Azərbaycanın ərazi bütövlüyünü təmin edildi. Sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə geniş idman infrastrukturu da yaradılacaq. Qarabağımızda beynəlxalq idman yarışları təşkil olunacaq.

Vüqar Musayev – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya