Bizimhedef.az » dunya » NATO Hörmüzdə əməliyyata hazırlaşır, gəmilər göndərir - General

NATO Hörmüzdə əməliyyata hazırlaşır, gəmilər göndərir - General

  • 20-05-2026, 12:08
  • dunya
  • 37
NATO Hörmüzdə əməliyyata hazırlaşır, gəmilər göndərir - General


İran Hörmüz boğazında hücumlar təşkil edib, ticarət gəmilərinə hücum edib, enerji axınlarını pozub və naviqasiya azadlığına mane olub.

Bunu Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı (SACEUR) general Aleksus Qrinkeviç Yaxın Şərqdəki, xüsusən də Hörmüz boğazındakıvəziyyəti şərh edərkən deyib.

“Hər bir ölkə necə cavab verəcəklərini qiymətləndirir. Belçika, Fransa, Almaniya, İtaliya və Böyük Britaniya da daxil olmaqla bir çox ölkə bölgəyə çoxsaylı gəmilər göndərir", - general Qrinkeviç vurğulayıb.

NATO-nun Hörmüz boğazında əməliyyatlar keçirib-keçirməməsi ilə bağlı məsələyə aydınlıq gətirən general deyib ki, Alyansın Hörmüz boğazında əməliyyatlar keçirəcəyi vaxtla bağlı qərar siyasi səviyyədə veriləcək bir qərardır. “Boğazın bağlanmasının müttəfiqlərin iqtisadiyyatına və uzunmüddətli perspektivdə onlaırn müadfiə sənayesi imkanlarına mənfi təsir göstərib”, - NATO generalı qeyd edib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya