Bizimhedef.az » medeniyyet » Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq

Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq

Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq


Qazaxıstanın Manqistau kəndində məşhur aktyor Ceki Çanın rol aldığı filmin çəkilişləri davam edir.

 "Tanrının zirehi 4: Ultimatum" filminin əsas çəkiliş məkanlarından biri füsunkar təbiəti ilə tanınan Bozjıra dərəsi olub.

35 nəfərdən ibarət yaradıcı heyət iyunun 7-dən 12-nə dək sözügedən ərazidə gərgin iş rejmində çalışıb.

Ekran əsərinin çəkilişlərinin bu ilin sonunadək yekunlaşdırılması, filmin isə 2027-ci ilin fevralında nümayişi planlaşdırılır.

Xatırladaq ki, Ceki Çanın iştirakı ilə lentə alınan "Tanrının zirehi 4: Ultimatum" filminin müəyyən bir hissəsinin çəkilişləri Azərbaycanda da baş tutacaq. Ölkəmizdəki çəkiliş prosesinə cari ilin iyul ayında start veriləcəyi gözlənilir.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya