Bizimhedef.az » dunya » Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

  • Сегодня, 13:19
  • dunya
  • 12
Bu ölkənin Baş naziri istefa verdi


Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifəsindən istefa verdiyini açıqlayıb.

Sabiq Baş nazir istefa qərarını ofisinin qarşısında jurnalistlərə bəyan edib.

Məlumata görə, hakim partiya daxilində son aylarda artan təzyiqlər və partiyanın reytinqinin aşağı düşməsi Starmerin qərarında əsas rol oynayıb.

Xatırladaq ki, Starmer təxminən iki il əvvəl böyük üstünlüklə seçkilərdə qalib gələrək ölkədə siyasi sabitliyin bərpa olunacağına dair vədlərlə hakimiyyətə gəlmişdi. Lakin son dövrdə onun reytinqi kəskin şəkildə aşağı düşüb. Partiya rəhbərliyi uğrunda əsas namizəd kimi Böyük Mançester meri Endi Börnham göstərilir. Börnham ötən həftə keçirilən əlavə parlament seçkilərində qalib gələrək İcmalar Palatasına qayıdıb və bununla da Leyboristlər Partiyasının liderliyi uğrunda mübarizəyə qoşulub.

Müşahidəçilərin fikrincə, Börnhamın rəhbərliyə gəlməsi Böyük Britaniyada son 10 ildə yeddinci baş nazir dəyişikliyi ilə nəticələnə bilər.(APA)
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya