Bizimhedef.az » Güclü ordunun təməli həm də onun xalqı ilə olan qırılmaz mənəvi bağlarındadır

Güclü ordunun təməli həm də onun xalqı ilə olan qırılmaz mənəvi bağlarındadır

  • Сегодня, 12:18
  • ---
  • 13
Güclü ordunun təməli həm də onun xalqı ilə olan qırılmaz mənəvi bağlarındadır


Azərbaycan xalqının tarixində şanlı və qürurverici günlərdən biri olan 26 İyun – Silahlı Qüvvələr Günü, sadəcə təqvim bayramı deyil, həm də xalqımızın azadlıq, müstəqillik və yenilməzlik iradəsinin rəmzidir. Bu gün xalqımız öz ordusunu müasir tariximizin ən böyük zəfərlərinə imza atmış müzəffər bir qüvvə kimi qarşılayır.
Tarixin bütün sınaqlarından qələbə ilə çıxmağa səbəb olan iki amil var - Xalq və ordunun mənəvi birliyi.
Güclü ordunun təməli həm də onun xalqı ilə olan qırılmaz mənəvi bağlarındadır. Ulu Öndər Heydər Əliyev hələ 1996-cı ildə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının və xalq-ordu birliyinin vacibliyini bu sözlərlə vurğulamışdı:
"Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik.... Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir".
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan milli ordumuz, bu gün müasir dövrün ən qabaqcıl hərbi qüvvələrindən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu tarixi inkişafı belə xarakterizə edir:
"1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik.”Tarixə qızıl hərflərlə yazılan 44 günlük müharibə ordumuzun gücünü bütün dünyaya sübut etdi.
Azərbaycanda peşəkar hərbi kadrların formalaşdırılması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə hakimiyyətə gəlişindən sonra, gələcək müstəqil dövlətin hərbi potensialını nəzərə alaraq ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə start verildi. Məhz Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və azərbaycanlı gənclərin başqa ölkələrin nüfuzlu hərbi məktəblərinə göndərilməsi bugünkü peşəkar ordumuzun təməl daşlarını qoydu.
Ulu Öndərin fərmanı ilə 26 İyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunmuş və rəsmi dövlət bayramı kimi təqvimə daxil edilmişdir. Bu bayram hər il ölkəmizdə böyük təntənə və qürur hissi ilə qeyd olunur.
Ümummilli lider Heydər Əliyev hər zaman vurğulayırdı ki, Azərbaycan sülhsevər dövlətdir, lakin müstəqilliyini qorumaq üçün qüdrətli orduya sahib olmalıdır:
"Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərini qorumaq üçün güclü orduya sahib olmalıyıq”
"1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır."
"Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir."
Uzun illər boyu Silahlı Qüvvələr Günündə Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi hədəflər real həyatda öz əksini tapdı. Prezident İlham Əliyev 26 iyun 2021-ci ildə etdiyi çıxışında bu tarixi reallığı belə ifadə etmişdir:
"İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarihinde hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdi
Ölkəmizdə həyata keçirilən effektiv ordu quruculuğu siyasəti məntiqli nəticəsini döyüş meydanında göstərdi. Bu uğurun arxasında duran əsas amillər aşağıdakılardır:
Silahlı qüvvələrin büdcəsinin artması: Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsi birbaşa hərbi büdcənin durmadan artırılmasına imkan vermiş, ordumuzun ən müasir silah və sistemlərlə təminatını sürətləndirmişdir.
Ordunun döyüş qabiliyyətinin artırılması: Keçirilən mütəmadi təlimlər, hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi Silahlı Qüvvələrin çevikliyini maksimum səviyyəyə çatdırıb.
Azərbaycan əsgərinin vətənpərvərlik ruhu: Texniki təchizatla yanaşı, əsgər və zabitlərimizin daxili inamı, vətənə olan sonsuz sevgisi və yüksək döyüş ruhu qələbəni şərtləndirən ən mühüm amil olmuşdur.
Milli maraqlar naminə qurulan hərbi əməkdaşlıqlar Azərbaycanın regiondakı mövqeyini daha da möhkəmləndirir. Bu istiqamətdə Türkiyə ilə imzalanan tarixi Şuşa Bəyannaməsinin önəmli maddələri ordumuzun gələcək inkişaf xəttini müəyyən edir:
"Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər".
Dövlətimiz gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirir. Gənc nəslin hərbi elmlərə yiyələnməsi ordumuzun gələcəkdə də peşəkar kadrlarla təmin olunmasına zəmanət verir. Qazanılan şanlı qələbələrin və qəhrəmanlıq tariximizin əbədiləşdirilməsi, gənclərin yaddaşına həkk olunması üçün ölkədə Zəfər muzeyləri yaradılır. Bakı iqtisadi rayonu daxil olmaqla, ölkəmizin müxtəlif bölgələrində bu istiqamətdə genişmiqyaslı işlər aparılır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında deyilən bu sözlər ordumuzun real gücünün göstəricisidir:
"Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik"
"Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır".
Bu gün 26 İyun təkcə hərbçilərin deyil, bütövlükdə Ali Baş Komandanın ətrafında "dəmir yumruq" kimi birləşən hər bir azərbaycanlının qürur bayramıdır .


Sabunçu qəsəbəsi, 311 nömrəli tam orta ümumtəhsil məktəbinin
təşkilatçı müavini Şəfa Seyidova
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya